"Bayram günlərində təcili tibbi yardıma müraciətlərin sayında nisbi artım müşahidə olunub".
"Unikal" xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib. O bildirib ki, bayram günlərində vətəndaşlar elə düşünür ki, xəstəxana və klinikalar fəaliyyət göstərmir, ona görə də təcili yardıma çox müraciət edirlər:
"Normal günlərdə təcili yardıma 1400-1600 çağırış daxil olurdusa, bayram günlərində 1700-1800 arasında dəyişib. Xüsusən bayram günlərində briqada sayına nəzarət etdiyimiz üçün çağırışlarda gecikmələr müşahidə edilmədi. Qeyd edim ki, pandemiyanın qızğın vaxtlarında elə gün olub ki, təcili yardıma 3000-dən artıq müraciət olub".