Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
"Unikal" xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Şəki rayonu ərazisində keçirilən reyd zamanı Şəki rayonu, Cəfərabad kəndində yerləşən, fiziki şəxs Mustafayev Eldar Qasım oğluna məxsus məntəqədə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən, sanitar-gigiyenik qaydalara əməl edimədən qanunsuz olaraq heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.