"Sosial evlər ehtiyacı olan təbəqə üçün nəzərdə tutulmalıdır. Burada əyrintilər gözləniləndir. Çünki, bəzi şəxslər biznes məqsədlərini həyata keçirirlər".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, güzəştli mənzillərin satılması prosesinin belə sürətli olması hamı üçün əlçatan deyil:
"Bir sıra insanın ehtiyacı var, amma bu məsələdə hər hansı bir şəkildə çeviklik göstərə bilmirsə, demək ev almaqdan məhrum olacaq. Bu məsələ növbəlilik prinsipi əsasında, insanların ehtiyacı dəqiq araşdırılmaqla həllini tapmalıdır. Əks halda bu cür narazılıq həmişə qalacaq. Demək, kimsə bu prosesi bir neçə saniyəyə edə bilmirsə, kənarda qalır. Burada şübhəli məqamın qalması pis bir haldır. Şikayət varsa, demək burada məsələ tam arzuolunan səviyyədə həllini tapmayıb".
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ötən gün həyata keçirdiyi güzəştli mənzillərin növbəti onlayn satışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 500 evin bir neçə saniyəyə satılması qeyri-real adlandırılıb.
Anar Kəlbiyev