İşğaldan azad olunmuş ərazilərdə indiyədək 30-dan çox adam minaya düşərək həlak olub.
"Unikal" xəbər verir ki, bunu Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçis bildirib ki, Ermənistan tərəfi bizə minalanmış ərazilərin mina xəritələrini təqdim etsə də, xəritələrin dəqiqliyi 25 faiz təşkil edir.