Qazilərin müalicə prosesi “YAŞAT” Fondu tərəfindən davam etdirilir.
Fonddan "Unikal"a verilən məlumata görə, müalicə məqsədilə ağır yaralanan üç qazi - Alxasov Camal İlqar oğlu, Səfərli Xəyal Mübariz oğlu Türkiyəyə göndərilib, Məmmədzadə Adəm Gülhəsən oğlu isə müalicəsi davam etdiyindən təkrarən yola salınıb.
Əliyev Heydər Zakir oğlu və Ömərov Rüstəm Cianşa oğlu isə müalicəsini tamamlayaraq ölkəyə geri qayıdıb.