“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov aprelin 12-də Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə "Unikal"a qurumdan bildirilib.
Məlumata görə, qəbul saat 10:00-da Gəncədəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar qəbul üçün “Gəncə Sukanal” TSC-yə, Samux və Kəlbəcər Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.