Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Dövlət İmtahan Mərkəzindən "Unikal"-a verilən məlumata görə, onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.
Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.