15-20 illə öncə ilə müqayisədə vərəmin ölkədə rastgəlmə tezliyi və ölüm səviyyəsi xeyli azalıb.
"Unikal" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
Nazir müavini bildirib ki, bu, ölkədə vərəmlə mübarizə istiqamətində görülən işlərin nəticəsidir:
"Bu illər ərzində maddi-texniki bazanın gücləndirilməsi, yeni müəssisələrin tikilməsi, mövcud müəssisələrəin təmiri kimi vacib işlər görülüb. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir. Vərəmlə beynəlxalq səviyyədə mübarizə aparılmalı, həmçinin ölkələrin səhiyyə qurumları əl-ələ verməlidir".