Sabirabad şəhəri, İlham İsgəndərov küçəsində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Unikal"a bildirib ki, tullantıların qalaqlandığı ərazi Xidmət əməkdaşlarının nəzarəti altında Sabirabad bələdiyyəsinin işçiləri tərəfindən təmizlənib.
“Ərazinin nəzarətə götürülməsi məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müraciət olunub”.