"Vərəm problemi cəzaçəkmə müəssisəsində daha aktualdır. Bizim rəqəmlər mülki sektordan fərqli olaraq qalır".
"Unikal" xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev Yaponiya-Azərbaycan Dostluq ili -2022 kontekstində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan konfransda deyib.
O qeyd edib ki, vərəm vaxtında aşkarlansa, müalicə də effektiv ola bilər: "Azad olunan keçmiş məhbusların sonrakı dövrdə müalicəsi də xüsusi əhəmiyyət daşıyır. Yaponiya istehsalı və vərəmin müalicəsində effektiv rola malik tibbi cihaz bizim də diqqətimizi çəkir".