Bakı şəhəri üzrə 10, digər rayonlar üzrə 2 aptek olmaqla, 12 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.
Bu barədə "Unikal"a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müsadirə edilən qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 9 adda 26 qutu təşkil edib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 7 protokol tərtib edilib.