“İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın beynəlxalq səviyyədə yüksək iş təcrübəsi var”.
"Unikal" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.
O bildirib ki, Beynəlxalq Komissiyada yüksək səviyyəli mütəxəssislər mövcuddur:
“Ona görə də qərara almışıq ki, bu komissiya ilə əməkdaşlıq edək və I Qarabağ müharibəsi dövründə itkin düşən şəxslərin axtarışları, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı bu təşkilatdan yardım alaq. Vətən müharibəsində itkin düşən 5 nəfərin tapılması və axtarışı üçün də bu komissiyaya müraciət olunub”.