“Fərrux kəndində tapılan meyit qalıqları götürülərək Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyinə göndərilib. Onlardan DNT analizləri götürüləcək”.
"Unikal" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
Onun sözlərinə görə, hələ ki, 62 nəfərin ailə üzvlərinin hamısından DNT nümunələri götürülməyib.