“Protokola əsasən, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın üzərinə düşən öhdəlik itkin düşən şəxslərin tapılmasında Azərbaycana kömək etməkdir”.
"Unikal" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O bildirib ki, onların bir çox ölkələrdə təcrübələri nəzərə alınmalıdır: “Hətta onlar sunami zamanı itkin düşən şəxslərin bəzilərinin yerlərini müəyyən ediblər. Bizim Birinci Qarabağ müharibəsində itkin düşən vətəndaşlarımız çoxdur. Vətən müharibəsində isə itkin düşən cəmi 5 nəfər itkinimiz var. Müharibədən sonra isə 2 nəfər itkinimizi də axtarırıq. Biz Beynəlxalq Komissiyanı azad olunmuş ərazilərdə və hətta Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə də itkin düşən şəxslərin axtarışına cəlb etmək istəyirik. İlkin razılıq onlarla əldə olunub. Daha geniş əməkdaşlıq üçün əlavə konkret müqavilə onlarla imzalanacaq”.