Ermənilər Kəlbəcərdən Ermənistana yol çəkirlər
02:32 05-04-2012
CƏMİYYƏT
Ermənilər Kəlbəcərdən Ermənistana yol çəkirlər
Kəlbəcər-Zor yolunun çəkilməsində işlərin 80 faizi başa çatıb
Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda daha bir yolun çəkilməsi prosesi yekunlaşmaq üzrədir. Bu barədə məlumat yayan rus mətbuatının bildirdiyinə görə, Kəlbəcər rayonundan Ermənistanın Zod kəndinə uzanan avtomobil yolunun çəkilməsi istiqamətində işlərin 80 faizi görülüb.
Xankənddəki erməni separatçılarının yaydığı məlumatda isə vurğulanır ki, Kəlbəcər-Zod yolunun tikintisi 2013-cü ilin fevralı sonunda başa çatacaq.
Dağlıq Qarabağda özünü "nazir" elan etmişlərdən biri və "şəhərsalma naziri" olaraq tanınan Karen Şahmaryan deyib ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən ikinci avtomobil magistralı işğal altındakı torpaqlarımızın inkişaf etməsi üçün əhəmiyyət daşıyacaq.
Qeyd edək ki, yolun kənarında yerləşən Maqavuz kəndinin yaxınlığındakı yataq Ermənistanı daş kömürlə təhciz edir. Şahmaryan isə deyir ki, bu yolun inşaası həm digər yolların da çəkilməsinə şərait yaradacaq, həm də infrastrukturun qurulmasını təmin edəcək.
İndiyə qədər görülən işlər nəticəsində ümumi yolun 35 km-i tamamilə başa çatıb. Bu isə işlərin 80 faizinin görülməsi deməkdir.
Xatırladaq ki, işğal altında olan Xankəndlə İrəvanı birləşdirən yeganə magistral olu İrəvan-Gorus-Xankənd magistralıdır. Uzunlutu 400 km olan bu yolun çəkilişi artıq başa çatıb. Yeni yol isə əvvəlkindən fərqli olaraq yolu 150 km qısaldacaq.
Fuad
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49