Aprel ayının 30-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Niderland Krallığının “Mine Mark” fondunun birgə əməkdaşlığı çərçivəsində Bakı, Abşeron və Sumqayıt şəhərləri də daxil olmaqla 10-dan çox ərazidə yerləşən məcburi köçkün məktəblərində fəaliyyət göstərən müəllimlər üçün “Minalardan və partlayıcı hərbi sursatlardan qorunma ilə bağlı maarifləndirici-interaktiv təlimlər” keçiriləcək.
"Unikal" xəbər verir ki, onlayn keçiriləcək təlimlərdə 50-dən çox informatika və yaxın ixtisaslar üzrə pedaqoji fəaliyyət göstərən şəxslərin iştirakı planlaşdırılır.
Təlimin keçirilməsində əsas məqsəd müəllimlərin mina təhlükəsi sahəsində maarifləndirilməsi, xarici mütəxəssislər tərəfindən onlara aşılanan biliklərin növbəti mərhələdə məktəblilərə interaktiv yarışlar-oyunlar şəklində aşılanmasıdır.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinin davam etdirildiyi bir vaxtda məktəblilərin bu sahədə maarifləndirilməsi, bu prosesi daha əyəncəli hala gətimək üçün interaktiv oyunların metod olaraq seçilməsi layihənin effektivliyi üçün vacibdir.