Hər il olduğu kimi, “Azəristiliktəhcizat” ASC bu mövsümü də borcla təhvil verib.
"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün qurumda “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Onun sözlərinə görə, bu ayın 15-nə olan məlumatına görə, bu qurumun “Azəriqaz”a 41 milyon manat debitor borcu var: “Düzdür, qarşı tərəf açıqlamalarında bu rəqəmi dəfələrlə kiçik olaraq qeyd edib. Ancaq “Azəriqaz” İstehsalat Birliyi satdığı təbii qazın həcmini də, qiymətini də bilir. Bu baxımdan ümidvarıq ki, qarşı tərəf bu məsələyə adekvat və məsuliyyətlə yanaşacaq”.
E. Vəliyev bildirib ki, ümid editrik ki, növbəti dəfə iki dövlət qurumu arasında mübahisələr yaranmasın və bu cür məsələlər mübahisə predmeti olmasın: “Bu gün “Azəristiliktəchizat” ASC-də çox ciddi dəyişikliklər baş verib. Ümid edirik ki, növbəti mövsümdə bu qurum bütün sahələrdə, sözün bütün mənalarında mənzillərdən tutmuş münasibətlərə qədər isti yanaşacaq”.