Xaricdə yaşayanlar gənc azərbaycanlılar İkinci Qarabağ müharibəsinin tarixini həm yaxşı bilməlidirlər, həm də öz dostlarına bu həqiqətləri çatdırmalıdırlar.
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında bildirib.
Xaricdə yaşayan azərbaycanlıları böyük qüvvə adlandıran dövlətimizin başçısı deyib: “Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir”.