Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə Kollegiya iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov da iştirak edib.
İclasda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi publik hüquqi şəxs üzrə (Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslər) dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı müzakirə olunaraq müvafiq qərar qəbul edilib.