“Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun Dövlətyarlı kəndində ikinci “ağıllı kənd”in layihələndirilməsi gedir”.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, burada da çox önəmli iş yerləri yaradılacaq: “Əslində bu kəndin Zəngilanın Ağalı kəndindən daha böyük olacağı gözlənilir. Son mərhələdə 1500–ə yaxın evdən ibarət kənddir. Layihə başa çatdıqdan sonra onun icrası ilə bağlı müvafiq tender elan olunacaq. Biz cəmiyyəti bu barədə vaxtlı-vaxtında məlumatlandıracağıq”.