“İlk dəfə Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasında tədris olunmağa başlanan informasiya təhlükəsizliyi ixtisası daha 3, növbəti tədris ilindən isə 11 ali təhsil müəssisələrində ixtisas kimi tədris olunacaq”.
"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində deyib.
“Burada keyfiyyəti təmin etmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, Təhsil Nazirliyi və beynəlxalq ekspertlərlə yeni tədris proqramının yaradılmasının üzərində işləyirik”, - nazir bildirib.