Aprel ayının 22-də millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti videoformatda qəbul keçirib.
"Unikal" xəbər verir ki, qəbulda seçicilərlə bir çox məsələlər müzakirə edilib. Əsasən sosial yönümlü məsələləri, həmçinin şəxsi məişət problemlərini, işlə təminat və digər məsələləri seçicilər deputatın diqqətinə çatdırıblar. Müraciətlərin hamısı qeydiyyata alınıb. Deputat bir neçə məsələ ilə bağlı yerli qurumların rəhbərləri ilə əlaqə saxlayıb və köməkçisinə müvafiq tapşırıqlarını verib.
Bəzi məsələlərə dair əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.
Məlumat üçün bildirək ki, seçicilərlə mütəmadi olaraq rayonda görüşlərin, həmçinin videoformatda qəbulların keçirilməsi Novruz Aslanovun əsas fəaliyyət istiqamətlərindəndir. Xüsusilə, pandemiya dönəmində COVİD-19 virusunun dinamikasından asılı olaraq onlayn qəbullara üstünlük verilib. Münasib vaxtlarda millət vəkili hər həftə İsmayıllı rayonuna səfərlər edir. Eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı ilə birgə səyyar görüşlər də təşkil edilir.