Ukraynanın Mariupol şəhərində həlak olan Samux rayonun sakini İlqar Məmmədov dəfn edilib.
"Unikal" xəbər verir ki, dəfn mərasimində kənd sakinləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
İlqar Məmmədov Sərkar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, İlqar Məmmədov martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa təxliyə edən zaman əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb.
O elə hadisə yerində dünyasını dəyişib. Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən olunub və nəşi çıxarılaraq Azərbaycana gətirilib.