ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin Kiyevlə diplomatik əməkdaşlıq əhval-ruhiyyəsinə inanmadığını bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Blinken Senatın Beynəlxalq Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

"Hələlik biz prezident Putinin konstruktiv danışıqlara ciddi yanaşdığını göstərən heç bir əlamət görməmişik", - deyə o, ifadə edib.

Blinken aprelin 24-də müdafiə naziri Lloyd Ostinlə birlikdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər etdikdən sonra qanunvericilərə müraciət edən ilk şəxs olub. O, ABŞ-ın Ukraynaya silah tədarükünü sürətləndirdiyini və hazırda bu prosesin adətən Ukraynadan sorğu aldıqdan sonra cəmi 72 saat çəkdiyini qeyd edib.

"Rusiya hökumətinin bir neçə həftə əvvəl özünü ələ keçirməyə qadir hesab etdiyi ərazi bu gün Ukraynaya məxsus idi. Kiyevdə biz səs-küylü şəhərin əlamətlərini gördük: insanlar küçələrdə yemək yeyirlər, skamyalarda otururlar, gəzirlər. Biz öz gözlərimizlə gördük ki, ukraynalılar Kiyev uğrunda döyüşdə qalib gəlib".

Gülayə  Mecid