Rusiya və ABŞ məhbuslarının mübadiləsi həyata keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

O bildirib ki, aprelin 27-də Rusiya Konstantin Yaroşenkonu Trevor Rid ilə dəyişib.

Qeyd edək ki, təyyarə pilotu Konstantin Yaroşenko 2010-cu ildə Liberiyada böyük həcmdə kokain partiyasını daşımaqda təqsirli bilinib. Sonradan o, ABŞ-a gətirilərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş amerikalı tələbə Trevor Rid isə 2019-cu ildə iki qadınla qalmaqaldan sonra polis nəfərlərinə də hücum çəkməkdə təqsirləndirilirək Moskva məhkəməsi tərəfindən 10 il müddətinə həbs edilmişdi.