Rusiya hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Çerkasskaya Lozovaya rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Mi-24" helikopterini vurub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Peski-Radkovski və Borşevka yaşayış məntəqələri ərazilərində Ukraynanın iki PUA-sı məhv edilib.