Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Müstəqillik Günü münasibətilə təbrik edib.
"Unikal"ın Gürcüstan Hökumət Administrasiyasının Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təbrik məktubunda qeyd edilib ki, Azərbaycan ilə Gürcüstan arasında tarixən möhkəm dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur və mövcud əməkdaşlıq bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına xidmət edəcək.
"İcazə verin, sizi Gürcüstanın milli bayramı - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edim və ən xoş arzularımı çatdırım. Azərbaycan və Gürcüstanı tarixən möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Bu gün dövlətlərimiz arasında yüksək səviyyəli əlaqələr bu böyük ənənələrə sadiq qalan xalqlarımızın iradəsinə əsaslanır.
İnanıram ki, genişmiqyaslı birgə layihələrimiz və gündən-günə genişlənən strateji tərəfdaşlıq kimi əməkdaşlığımız bundan sonra da Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına, xalqlarımızın rifahına xidmət edəcək.
Sizinlə görüşməyi və səmimi müzakirələr etməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, hökumətlərarası komissiyalar çərçivəsində qəbul edilmiş qərarların və əldə olunan razılığın icrası ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək.
Bu əlamətdar gündə Sizə cansağlığı, işlərinizdə uğurlar, dost gürcü xalqına əbədi sülh və firavanlıq arzulayıram", - məktubda deyilir.
Ağarza Elçinoğlu