“Deputatlar elmə pul ayrılmadığını deyir. Amma bizim elmə ayırdığımız pul belə ötən il tam xərclənməyib”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu xərclərin icra olunmaması həmin sahənin strukturundakı problemlərlə bağlıdır:
“Bu problemlər öz həllini tapandan sonra da biz bu xərclərin dövlət büdcəsinin icrasında tam təmin edilməsinin şahidi olacağıq”.
Anar Kəlbiyev