Azərbaycanlı xanımlar niyə bıçağa əl atır?
02:39 05-04-2012
CƏMİYYƏT
Azərbaycanlı xanımlar niyə bıçağa əl atır?
Ekspert: "Qadın müdafiə üçün müraciət edəndə, ona deyirlər ki, sən yaxşı qadın olsaydın, döyülməzdin"
Qadının əks cinsə qarşı zorakılığı. Ard-arda 2 fakt Bakının Binəqədi və Nizami rayonlarında baş verib.
Birində ana oğlunu, digərində isə qız keçmiş nişanlısını bıçaqladı. Amma biz bu faktları sadalamaqla bərabər, həm də toxunacağımız bir sıra məqamlar da olacaq. Söhbət qadın yox, kişi zorakılığından gedəcək.
Psixoloq Murad İsayevin sözlərinə görə, kişilər düşünürlər ki, qadın bağışlayır: "Amma əslində elə deyil. O yadında saxlayır və nə vaxtsa mütləq fırladıb nəsə edəcək".
Binəqədidə Əliyevlər ailəsinin kişi nümayəndəsinin bu məsələdə bəxti heç gətirməyib. İllərdir davam edən mübahisə sonda evin xanımının, yəni ananın öz doğma oğlunu bıçaqlamasına gətirib çıxarıb. Bir müddət əvvəl 25 yaşlı oğlu Əliyə qardaşı qızını gəlin gətirən ana Reyhan xanımın az keçmir oğlu ilə narazılığı yaranır. Səbəb isə oğlunun həyat yoldaşından ayrılaraq, başqa bir qadınla həyatını davam etdirməsi olub.
Gənclər arasında sülh sazişi bağlamağa cəhd edən ananın xoşməramına cavab olaraq oğlu evi tərk etmək istədiyini ortaya qoyub. Elə bu da oğlunun son sözü olub. Ana sözünü balasının boğazından keçirə bilmədiyini görüncə, bıçağı bədəninə keçirib. Qasıq nahiyəsindən xəsarət alan Əli Əliyev ağır xəsarətlə xəstəxanaya çatdırılıb.
Bir müddət əvvəl isə Nizami rayonunda keçmiş nişanlısının başqası ilə ailə həyatı qurmasına dözməyən qız sevgilisinin təzə bəy olmaq arzusunu elə bəy kürsüsündəcə boğmuşdu. Nişanlı qız şadlıq sarayına gələrək ona müxtəlif bədən xəsarətləri yetirmişdi. Qadınların həmişə daha təmkinli olması və məhz min kərə düşündükdən sonra qərar verdiklərini deyən psixoloq Murad İsayev onların bu xüsusiyətlərinə görə, verdiyi qərarların daha sərt və təhlükəli olduğunu deyir. "Normalda bıçaq adi hal deyil. Gör zorakılıq nə qədər olubsa, qadın bıçağa əl atıb".
"Təmiz Dünya" İctimai Birliyin sədri Mehriban Zeynalova isə bu hadisələrin ailələrin psixoloq məsləhətlərindən təcrid olması ilə əlaqələndirir. Bu imkanın olmaması isə onunla nəticələnir ki, qadın həmişə Qafqaz cəmiyyətində özünü müdafiə etməsi üçün mütləq arxalanacağı adama ehtiyac duyur. Bizim cəmiyyətdə isə belə müraciətlər daim qınaqla müşayiət olunur: "Qadın müdafiə üçün müraciət edəndə, ona deyirlər ki, sən yaxşı qadın olsaydın, müraciət etməzdin. Döyülməzdin".
Psixoloq M. İsayev isə düşünür ki, xanımın görəcəyi cinayət, kişinin törətdiyi cinayətdən qat-qat ağır olur: "Çünki onlarda bu kin yığılır və birdən rezonans halında olur".
Qadına qarşı edilən zorakılıq faktları son illərdə artıb. Odur ki, qadınların kişilərə qarşı etdiyi zorakılıq faktı nadir hal hesab edilməlidir.
M. Zeynalova düşünür ki, yaxşı qadın bizim cəmiyyətdə heç bir yerə getməyən, ancaq ərinin qulu olmalıdır.
Burada unutmayaq ki, tarixdə ən böyük inqilabların müəllifləri həmişə qullar olub. Odur ki, xanımınızdan diqqət və sevgini əsirgəməyin ki, inqilabın qurbanına çevrilməyəsəniz.
Gültəkin
Digər Xəbərlər
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00
2024-12-21 17:00:00
2024-12-21 16:33:49
2024-12-21 16:06:15
2024-12-21 15:34:34
2024-12-21 15:03:00
2024-12-21 14:36:35
2024-12-21 13:24:00