Hazırda Azərbaycanda 34 mindən çox narkotik aludəçisi var.
"Unikal" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin böyük məsləhətçisi Günay Məmmədova deyib.
Onun sözlərinə görə, bu rəqəm Respublika Narkoloji Mərkəzinin statistikasına əsaslanır:
"Onlardan 556-sı qadın, 7-si isə yetkinlik yaşına çatmayanlardır", - deyə G.Məmmədova bildirib.