Müharibə veteranlarına verilən müavinət iki il əvvəl 50 faiz artırılaraq 80 manata çatdırılıb.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, müharibə veteranlarının aylıq təqaüdünün artırılmasına baxılacaq.
"Amma biz çalışırıq ki, müharibə veteranları aktiv məşğulluq tədbirlərinə cəlb edilsin", - deyə o qeyd edib.
Qeyd edək ki, deputat Siyavuş Novruzov müharibə veteranlarının aylıq təqaüdünün 80 manatdan 130 manata qaldırılmasını təklif edib.
Anar Kəlbiyev