Paytaxtın akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq var.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi, Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən, Qarabağ küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Xətai prospeki, Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi, Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində, 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Abbasqulu ağa Bakıxanov küçəsində, Cəfər Cabbarlı küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində, Tbilisi prospektinin, 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, İzmir küçəsi ilə kəsişmə istiqaməti, eyni zamanda şəhər istiqaməti və Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, paytaxtda bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmə müşahidə olunur:
"Hazırda paytaxtın Akademik Həsən Əliyev küçəsindən Azadlıq prospekti ilə kəsişməyə qədər müşahidə olunan nəqliyyat sıxlığı ilə əlaqədar 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda 16-23 dəqiqə gecikmə var".