"Bu gün Həkəri və Bərgüşad çaylarının birləşmə nöqtəsinə 3000 ədəd qızıl xallı farel balığı buraxılması nəzərdə tutulur".
"Unikal" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib. O bildirib ki, məqsəd su hövzələrində balıq populyasiyasını artırmaqdır.
Xidmət rəisi qeyd edib ki, qızıl xallı farel "Qırmızı Kitab"a düşən balıq növüdür:
“2022-ci ildə nəzərdə tutulan həcm 7 milyon balıq körpəsinin su hövzələrinə buraxılmasıdır. Bu proses davam etməkdədir".