Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) təşəbbüsü ilə ən böyük turizm agentliklərindən birinin korporativ hüquqları müsadirə edilib.
"Unikal" xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Müəyyən edilib ki, həmin şirkəti sahibi isə rusiyalı milyarderdir.
"Rusiyanın işgüzar dairələrində bu adamı “dəmir oğlan” adlandırırlar. O, Rusiyanın ən böyük polad və mədən şirkətlərindən birinə sahibdir və bir neçə şirkətdə nəzarət paketinə malikdir. 2016-cı ildə iş adamı Rusiya prezidenti Vladimir Putindən “Xeyriyyəçilik üçün” mükafatını alıb”, - deyə məlumatda bildirilir.
Hazırda məhkəmənin qərarı ilə onun Ukraynadakı turizm biznesinə həbs qoyulub. Bu xüsusilə aşağıdakılara aiddir:
- şirkətin nizamnamə kapitalının 100%-i şəklində korporativ hüquqlar 31,5 mln.
- bank hesablarında olan 3 milyon UAH və 106 min ABŞ dollarından çox məbləğdə vəsait.
Müsadirə edilən bütün aktivlər Ukraynanın Aktivlərin Aşkarlanması, Axtarışı və İdarə Edilməsi üzrə Milli Agentliyinin (ARMA) idarəçiliyinə verilib.
Gülayə Mecid