Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası sona çatıb.
"Unikal" xəbər verir ki, 5 həftə ərzində davam edən sessiya müddətində Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun müvafiq sərəncamı ilə imtahanların mövcud normativ sənədlər əsasında təşkil edilməsi və onların gedişatına nəzarətin həyata keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə İmtahan qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası daxil olan müraciətləri araşdıraraq operativ şəkildə müvafiq qərarlar qəbul edib.