Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin yeni müdir təyin olunub.
"Unikal" xəbər verir ki, bu vəzifəyə Nurlan Qələndərli təyinat alıb.
N.Qələndərli son təyinata qədər “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru işləyib.
Xatırladaq ki, həmin vəzifədə bundan əvvəl Elməddin Quliyev çalışıb. O, bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar işdən çıxıb.