Rusiyada  Novosibirsk şəhərində deputat köməkçisi Kirill Levçenko həbs edilib. 

"Unikal" rus mediasına istinadən xəbər verir ki, buna səbəb dövlət qulluqçusunun sosial şəbəkə hesablarında prezident Vladimir Putindən sitat gətirən klip yerləşdirməsi olub. 

Beləliklə, Levçenkoya “hərbi saxtakarlıqlar” maddəsi üzrə cinayət işi açılıb. O, Novosibirsk şəhər məhkəməsinin qərarına əsasən 15 il müddətinə  azadlıqdan məhrum edilib.  

Gülayə Mecid