"Koronavirusa yoluxma statistikası artır. Bu, hava-damcı yolu ilə yoluxan infeksiya olduğu üçün sürətlə artmağa meyllidir".
Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, bu tendensiya bütün dünyada mövcuddur: "Hazırda ABŞ, Yaponiya və Avropa ölkələrində yoluxma artır. "Omikron" heç də sonuncu mutasiya ştamı deyil. Bundan sonra da mutasiya davam edir. Müəyyən sürprizlər də gözlənilə bilər. Belə ki, pandemiya hələ başa çatmayıb".
A.Qeybulla qeyd edib ki, karantin qaydalarının yumşaldılması, müəyyən qadağaların aradan götürülməsi heç də karantinin tam ləğv olunması demək deyil:
"Pandemiya qaldığı üçün epidemoloji vəziyyətə uyğun olaraq qaydalar sərtləşdirilə və ya yumşaldıla bilər. Bunu nəzərə almaq lazımdır. Verilən bütün qərarlar epidemoloji vəziyyətə uyğun olmalıdır".
Anar Kəlbiyev