Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 50 239 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici 11,4-dən 12,1-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1 418, üçəm doğulanların sayı isə 75 olub.