Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Novaya Kaxovka şəhərində Rusiya ordusuna məxsus silah-sursat anbarını məhv edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın yerli teleqram kanallarında silah-sursat anbarının partladığını əks etdirən videogörüntülər paylaşılıb.

Anbarın “HIMARS” sistemi ilə vurulduğu iddia olunur.