Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının vəkili olan ABŞ vətəndaşı Asim Qafur həbs edilib.  

"Unikal"  xəbər verir ki, bu barədə BƏƏ-nin dövlətə məxsus WAM xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Qafur Dubay hava limanında “çirkli pulların yuyulması” ittihamı ilə polis tərəfindən saxlanılıb. 

Qafurun üç il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir. Bununla yanaşı BƏƏ məhkəməsi Qafuru 816 min dollar ödəməyə məcbur edib.

BƏƏ dövlət mediası bildirib ki, Amerika səlahiyyətliləri Qafurun Əmirliklərdə vergidən yayınması və şübhəli pul köçürmələri ilə bağlı istintaqda BƏƏ-dən kömək istəyib.

Qafurun həbsi dünən ABŞ prezidenti Co Baydenin Qaşıqçı ilə bağlı açıqlamalarından sonra baş verib.

Gülayə Mecid