Pakistanda leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 198-ə yüksəlib.

"Unikal" xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəsi Agentliyindən (NDMA) verilən açıqlamada, son 24 saatda 7 nəfərin həyatını itirdiyi, daşqınlarda həyatını itirənlərin ümumi sayının isə indiyədək 198-ə yüksəldiyi bildirilib.

Sind əyalətində fövqəladə vəziyyət elan edildikdən sonra səlahiyyətlilər bütün rayon səhiyyə idarələri və xəstəxanalarında nəzarət otaqlarının yaradılmasını tələb ediblər.

Pakistanın İqlim Dəyişiklikləri Naziri Sherry Rehman keçirdiyi mətbuat konfransında bildirib ki , ölkə bu il musson mövsümündə digər illərlə müqayisədə 87 faiz çox yağıntı alıb.