Pakistanın Sadiqabad şəhərində Hind çayında qayıq batıb. 

"Unikal" xəbər verir ki, göyərtəsində 60-70 sərnişinin olduğu qayıq Hind çayında aşıb.

Hadisə yerinə gələn polis 19 qadının boğulduğunu, ən azı 35 nəfərin isə xilas edildiyini açıqlayıb.

Batan qayığın Xarordan Maçkaya gedən toy karvanına məxsus olduğu öyrənilib.

İtkin düşmüş şəxslərin axtarışları davam edir.