Böyük Britaniyanın baş naziri Boris Conson “Tayfun” qırıcısı ilə uçub.

"Unikal" xəbər verir ki,  bu barədə "Sky News" telekanalı məlumat yayıb. 

Bildirilir ki, Conson boş vaxtlarından səmərəli istifadə etmək qərarına gəlib. Bununla yanaşı, görüntülərdə Consonun uçduğu döyüş təyyarəsindən aralıda başqa bir təyyarənin havada yanacaq doldurduğu görünür.

Qeyd edək ki, iyulun 7-də Boris Conson istefa verdiyini elan edib, lakin o, yeni hökumət başçısı seçilənə qədər baş nazir vəzifəsini icra edəcək. 

Gülayə  Mecid