İyulun 15-də günorta saatlarında İspaniyanın Əndəlüs bölgəsinin Mijas şəhəri yaxınlığında başlayan meşə yanğını ilə mübarizə davam edir.İ

"Unikal" xəbər verir ki, İspaniya və Portuqaliyada ölənlərin sayının mini keçdiyi bildirilib.

90 faiz nəzarət altında olan yanğın nəticəsində bu gün ölkənin Zamora əyalətində daha 2 nəfər ölüb. Səlahiyyətlilər 59 yaşlı fermerin və 62 yaşlı yanğınsöndürənin yanğında öldüyünü açıqlasa da, İspaniyada yanğınsöndürmə briqadası ən azı 30 fərqli nöqtədə aktiv yanğınlarla mübarizəni davam etdirir.

Yanğınlar həmçinin Kataloniya, Kastilya və Len, Qalisiya, Kastiliya, Andalusiya və Ekstremadura bölgələrində baş verib. İndiyədək yanğın nəticəsində 2 min hektar ərazi külə dönüb.