İsveç və Finlandiyadan nümunə götürüb NATO-ya daxil olmağı planlaşdırmır.

"Unikal" xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer açıqlama verib. O, bildirib ki, ölkə “Avropa İttifaqının beynəlxalq və təhlükəsizlik sahələrində birgə Aİ siyasətinə sadiqdir, həmçinin öz müdafiəsinə investisiyaları artırmağı planlaşdırır.

Onun sözlərinə görə, Avstriya İsveç və Finlandiyadan nümunə götürüb NATO-ya daxil olmağı planlaşdırmır. 

Nehammer vurğulayıb ki, ölkəsi “hərbi neytrallıqlarını yenidən nəzərdən keçirən” və “NATO-ya üzv olmağa çalışan” İsveç və Finlandiyanın addımlarını təkrarlamaq niyyətində deyil. O, həmçinin qeyd edib ki, “Avstriya Avropa İttifaqının beynəlxalq və təhlükəsizlik sahələrində birgə Aİ siyasətinə sadiqdir və həmçinin özünün müdafiəsinə investisiyaları artırmağı planlaşdırır”.

Qeyd edək ki, Finlandiya və İsveçin xarici işlər nazirləri Pekka Haavisto və Ann Linde və 30 NATO ölkəsinin nümayəndələri iyulun 5-də NATO-nun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə Şimali Atlantika Alyansına iki Skandinaviya ölkəsinin qoşulması haqqında protokollar imzalayıblar. Sənədlər bütün NATO dövlətləri tərəfindən ratifikasiya edildikdən sonra Helsinki və Stokholm təşkilata üzv olacaq. Helsinki və Stokholm mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət etmişdilər.