Rusiyalı hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko öz “Facebook” səhifəsində rusiyalı turistlərə müraciət edib. O, Azərbaycan ordusunun işğaldan azad etdiyi Qarabağla bağlı paylaşım edərək, həmvətənlərini bölgəyə istirahətə dəvət edib. 

"Unikal" xəbər verir ki, İqor Korotçenko paylaşımında yazıb:

“Rusiyalı turistlər Finlandiya və İsveçin əvəzinə Qarabağa istirahətə yollansınlar - Azərbaycanın bu bölgəsi xüsusilə gözəldir və özünəməxsus təbiəti və gözəlliyi ilə məşhurdur! Hələ buranın havasını demirəm!“