TƏBİB Şirvanda körpənin doğuş zamanı ölməsi faktına münasibət bildirib.
Qurumdan "Unikal"a bildirilib ki, 2001-ci il təvəllüdlü Sabirabad rayonu, Məmişlər kənd sakini 39-40 həftəlik hamilə 08.08.2022-ci il tarixində saat 23:00-da çəkisi - 3 kq 650 qr, boyu 53 sm olan kişi cinsli ölü döl dünyaya gətirib.
“Doğuş yollarında dölün tələf olması (hipoksiya) qeydə alınıb”, - vurğulanıb.
*** 10:54
Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib
"Unikal" apa-ya istinadən xəbər verir ki, ötən gecə Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı oğlan uşağı dünyaya gətirib.
Ailə üzvlərinin bildirdiyinə görə körpə doğuş zamanı ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.