İrəvanda “Surmalu” Ticarət Mərkəzindəki yanğında 20 nəfərin taleyi barədə məlumat yoxdu.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan bildirib.O bildirib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, bu gün günorta saatlarında başlayan yanğında son məlumatlara görə, 2 nəfər ölüb, 60 nəfər yaralanıb.Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış pirotexnika dükanında baş verib.