Cüdoçularımızın V İslam Həmrəyliyi Oyunlarında mübarizəsi davam edir.
"Unikal" xəbər verir ki, təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.
Komandamızın digər üzvü Könül Əliyeva (48 kq) İslamiadanın gümüş medalına sahib olub. Nəriman Mirzəyevin (73 kq) isə qızıl, Telman Vəliyevin (73 kq) isə bürünc medal uğrunda mübarizəsi davam edir.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.